Sosial şəbəkələrdə britaniyalı Qeri Virgonun Misirin Qırmızı dəniz sahillərində köpək balığının hücumuna məruz qalması barədə görüntülər yayılıb. Baş verənlər 66 yaşlı dalğıcın geyiminə quraşdırılmış kamerada anbaan qeydə alınıb.
Qerinin sözlərinə görə, üzdüyü yerdə qəfil ona tərəf yönələn yırtıcı tam sürətlə ona yaxınlaşıb və başı ilə möhkəm vurub.
“Mən başı üstə suyun daha dərinliyinə yıxıldım. Nəfəsim kəsildi, çünki şokdaydım, qorxmuşdum, baş verənlərə inana bilmirdim”, – deyə o, həmin an keçirdiyi hissləri paylaşıb.
Buna baxmayaraq, Qeri tezliklə özünü ələ ala bilib və köpək balıqlarının yanında necə davranacağı haqqında biliklərini yadına salmağa çalışıb.
“Mən daha onu qıcıqlandırmaq fikrində deyildim, sadəcə yerimdə dayandım və məşqdə öyrədildiyi kimi davrandım”, – deyə o əlavə edib.
Bundan sonra köpək balığı ondan uzaqlaşıb, Qeri isə çəkilişi saxlayaraq suyun üzünə qalxıb.
Ancaq bu görüş Qerinin köpək balıqlarına olan münasibətini dəyişməyib.
“Köpək balıqlarını sevirəm. Məqsədim suya daha dərin başvurmalar eləməkdir, bu, mənim arzular siyahımdadır”, – deyə Qeri sözlərini yekunlaşdırıb.
Mənbə: Daily Mail
www.RIA24.az