Qubadlı rayonunda silah-sursat aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində yerləşən yarımtikilidən bir qumbaraatan, bir avtomat, beş qumbara, patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az