Livanın Hizbullah qruplaşması ABŞ-dən Qəzza zolağında döyüşləri dayandırmağı tələb edib.
Bu barədə Küveytin “Əl-Cəridə” qəzeti İran diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, “Hizbullah”ın tələbinin yerinə yetirilməsi üçün son tarix 3 noyabrdır.
Livan qrupunun lideri Həsən Nəsrullahın bu gün çıxışı planlaşdırılır.
Qeyd olunur ki, atəşkəs olmasa, o, ümumi səfərbərlik elan edəcək və bütün istiqamətlərdə İsrailə qarşı hərbi əməliyyatlara başlayacaq.
www.102info.az