Türkiyəli məşhur müğənni Murat Dalkılıç səkkizinci dəfə burnundan əməliyyat olunduğunu açıqlayıb.
Dalkılıç daha əvvəl ibtidai sinifdən bəri burnundan əməliyyat keçirdiyini bildirib.
“Plastik əməliyyat elətdirmişəm. Hətta 7 dəfə. İbtidai siniflərdən bəri burnumda estetik əməliyyatlar elətdirirəm. Mənim bir xəstəliyim var. Burun sümüklərim kənara çıxırdı”, – deyə 40 yaşlı müğənni qeyd edib.
Murat Dalkılıç, həmçinin həkim o sümükləri götürərkən qığırdaqlarını da götürdüyünü və bu zaman həyatının ən çətin günlərinin başladığını vurğulayıb.
Mənbə: Haber Global
www.RIA24.az