Əhliman Əmiraslanov: “Onkoloji xidmət üçün dövlət büdcəsindən ayrılan vəsait azdır”

Cəmiyyət


Onkoloji xidmət üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılıb. Lakin bu vəsait onkoloji xəstəliklərin müalicəsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün azdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, səhiyyə üzrə dövlət proqramlarına 265 milyon manat ayrılıb:

“Cari illə müqayisədə 20 milyon artım var. Sənədlərdə bu proqramların adı da öz əksini tapıb. Nəzər salsaq, görərik ki, ən ağır patalogiyalar öz əksini tapıb. Bu vəsaitlə ağır patalogiyaları müalicə etmək mümkün deyil. Səhiyyə büdcəsinin 73,5 faizi icbari tibbi sığortaya yönəlir. Tədricən bu proqramları icbari tibbi sığortaya keçirmək lazımdır. Bu məbləğlə ağır patalogiyaları adekvat müalicə etmək mümkün deyil”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir