Misirli iş adamı Mohammed Alsaloussi ilə evliliyini bitirən məşhur türkiyəli bloqer Şeyma Subaşı sosial şəbəkədəki paylaşımları ilə gündəmdə qalmağa davam edir.
Şəxsi həyatı və sosial media paylaşımları ilə hər zaman diqqət mərkəzində olan Şeyma bu dəfə paltaryuyan maşından istifadə etməyə çalışıb və bununla da sosial şəbəkə istifadəçilərinin dilinə düşüb.
Bloqer bildirib ki, bu onun paltaryuyan maşından ilk istifadə təcrübəsidir. O, həmçinin bu anları izləyciləri ilə paylaşıb. “İlk paltaryuyan maşın macəram. Öz axmaqlığıma o qədər gülürəm ki…” – deyə Subaşı paylaşımına şərh verib.
Görüntülərdə Şeyma paltaryuyan maşının qapısını açmaqda çətinlik çəkib. Bəzi izləyicilər buna inanmayıb və onun rola girdiyini iddia edib. Bəzi sosial şəbəkə istifadəçisi isə başqa məqama təəccüblənib. “Təkcə bir paltar üçün maşını işə salmaq olarmı?” – deyə təəccüblərini ifadə ediblər.
Qeyd edək ki, Şeyma Subaşı misirli iş adamı Mohammed Alsaloussi ilə 3 gün 3 gecəlik toyundan təxminən 5 ay sonra boşanıb.
Mənbə: Haber Global
www.RIA24.az