Vəzifəli şəxsin oğlu anasını bıçaqladı – Qadın xəstəxanada öldü

Kriminal


Ağdaşda 10 gün əvvəl yeniyetmə oğlu tərəfindən bıçaqlanan 42 yaşlı qadın vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, ağır vəziyyətdə Bakıda xəstəxanaya yerləşdirilən S.H.-nin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H.-nin ailəsində baş verib.

Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır. Yeniyetmə istintaqa cəlb edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir