Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov Kəlbəcərdə minaya düşərək şəhid olan media nümayəndələri ilə bağlı açıqlama verib.
Oxu.Az-ın məlumatına əsasən, A.Kərimov “Twitter” hesabında yazıb ki, jurnalistlər fəaliyyətlərinə görə qurban olmamalıdırlar.
“Kəlbəcərdə iki jurnalistin ölümü Ermənistanın öz öhdəliklərinə hörmətsizliyinin dəlilidir”, – deyə A.Kərimov bildirib.
Nazir bildirib ki, UNESCO digər insanların həyatlarını xilas etmək üçün mina xəritələrini tələb etməlidir.
Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.
Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.
Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Journalists shouldn’t become the victims because of their journalism activities.Killing of 2 #Azerbaijani journalists in Kelbajar is another evidence of #Armenian disrespect to its commitments.@UNESCO must demand map of landmines to save the life of others pic.twitter.com/6A8QUwwjuX
— Anar Karimov ?? (@Anar_Karim) June 5, 2021