Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq dəyişikliyi təsdiqləyib.
Qanun 2023-cü il sentyabrın 1-dən tətbiq edilir.
www.RIA24.az