“Azərbaycan Dəmir Yolları” bayramda gücləndirilmiş iş rejimində çalışacaq

Cəmiyyət


“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC xəbər verib.

Məlumata görə, artan sərnişin tələbatı nəzərə alınaraq 8-12 noyabrda:

– Bakı-Ağstafa-Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilir;

– Bakı-Qəbələ-Bakı istiqaməti üzrə qatarlar hər gün hərəkət edəcək;

– Abşeron dairəvi marşrutu qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Həmçinin Ucar sakinləri də bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutundan istifadə etməklə təhlükəsiz mənzil başına çatacaqlar.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytından və yaxud “ADY Mobile” tətbiqindən istifadə etmək olar.

www.102info.az