Bakıda yaşayış binasının yaxınlığındakı tikinti işləri narazılıq yaradıb.
Belə ki, paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yaşayış binalarının yaxınlığında tikinti işlərinin görülməsinə başlanılıb.
Sakinlər bildiriblər ki, artıq bir neçə gündür ərazidə bünövrə qazılıb. Lakin görülən işlər zamanı tikinti norma və qaydalarına əməl edilmir.
Sakinlərin sözlərinə görə, gələcəkdə bu hal fövqəladə bir hadisənin baş verməsinə səbəb ola bilər.
Daha ətraflı “ATV Xəbər”in süjetində:
www.102info.az