Mədə turşusunun qida borusuna qayıtması səbəbindən meydana gələn mədə yanması və ya mədə turşuluğu geniş yayılan sağlamlıq problemləri sırasındadır.
Mədə yanğısı şikayəti olanlar ilk növbədə həkimə müraciət etməli və müalicə almalıdırlar. Lakin bu narahatlığı aradan qaldırmaq üçün bəzi təbii üsullar da var ki, dəqiqələr içində rahatlıq gətirə bilər.
Karbonat (yemək sodası) – mədə turşusunun neytrallaşdırılmasına kömək edir. Bunun üçün bir stəkan suda bir çay qaşığı sodanı həll edib yavaş-yavaş içmək lazımdır. Bu üsul sayəsində mədə yanğısının dəqiqələr içində keçdiyini hiss etmək mümkündür.
Zəncəfil – iltihab əleyhinə xüsusiyyətləri sayəsində mədə yanğısına qarşı effektli vasitə hesab olunur. Bununla belə, zəncəfildən istifadə maksimum 6 qramla məhdudlaşdırılmalıdır. Zəncəfil ekstraktlı əlavələr və ya zəncəfil çayından istifadə etmək olar. Eyni zamanda zəncəfil mədədə iltihabın da qarşısını alır.
Bol su içmək – Su içmək mədədə pH (qələvi-turşu) balansını təmin edir. Mədə yanğısından əziyyət çəkənlər xüsusilə mineral sulardan istifadə etməklə bu narahatlığı aradan qaldıra bilərlər. Bundan əlavə, təbii su da mədədə pH-ı tarazlaşdırır və mədə turşusunun mədəyə zərər verməsinin qarşısını alır.
Lifli qidalar – Yulaf kimi lifli qidalar mədədə turşunu özünə çəkərək yemək borusunda yanma və turşuluq hissinin azalmasına kömək edir. Lifli qidalar reflyuks (mədə yanması) xəstəliyinin müalicəsində də istifadə edilə bilər.
Çobanyastığı çayı – Çobanyastığı çayı həzm sistemini rahatlaşdıran və sancıların qarşısını alan çaydır. Sakitləşdirici xüsusiyyəti ilə mədə əzələlərini genişləndirir, öd axınını yaxşılaşdırır və həzmi tənzimləyir, bununla da mədə turşusunun yuxarıya doğru qalxmasının qarşısını alır. Çobanyastığı çayı içmək istəməyənlər bu faydaları nanə çayı ilə də əldə edə bilərlər.
Mənbə: Haber Global
www.102info.az