Sankt-Peterburqdakı forumda Zəngəzur da daxil olmaqla Naxçıvana nəqliyyat dəhlizləri müzakirə edilib. Müzakirələrdən aydın oldu ki, Azərbaycan iqtisadi əməkdaşlığa hazırdır, İrəvan isə yumşaq desək hazır deyil.
Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin professoru Nikolay Mejeviç Caliber.Az-a bununla bağlı münasibət bildirib.
Onun sözlərinə görə, hazırda bu, çətin məsələdir.
“Azərbaycan və Ermənistan yan-yana yerləşsələr də fərqli siyasi güc sabitliyi var. Bu gün Ermənistanda ciddi sabitlikdən danışmaq mümkün deyil. Azərbaycanda isə bunun əksi var – vəziyyət sabitdir”.
Müsahib bildirib ki, Bakı İrəvandan “hə, ya yox” prinsipi ilə sürətli və effektiv qərar verməsini gözləyir.
“Ancaq prinsipcə, erməni tərəfi üçün hər hansı bir qərar qəbul etmək ağırdır. Seçkilərdən əvvəl cavab gözləmək çətindir”, – deyə N.Mejeviç sözlərini yekunlaşdırıb.