Rusiyanın “Viktoriya” gəmisi Saxalin sahillərində qəza siqnalı göndərib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Saxalin vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Tankerin kapitanı xilasedicilərə gəminin quruya çıxması barədə məlumat verib. Gəmiyə heç bir ziyan dəyməyib və ekipajın tibbi yardıma ehtiyacı yoxdur.
Viktoriya gəmisinin göyərtəsində 10 ekipaj üzvü var. 700 ton yanacağı olan gəmi Vladivostok limanında qeydiyyatdadır.
Mənbə: Lenta.ru
www.102info.az