Türkiyə, Misir və İsrail yaralıların çıxarılması üzrə koordinasiya qrupu yaradıb – FOTO

Siyasət


Türkiyə, Misir və İsrail yaralıların Qəzza zolağından çıxarılması üzrə koordinasiya qrupu yaradıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca “X” səhifəsində bildirib.

Onun sözlərinə görə, Misirdən olan həmkarları ilə danışıqlar aparıb.

Nazir Qəzzadakı Türkiyə-Fələstin Dostluq Xəstəxanasından onkoloji xəstələrin, ilk növbədə, uşaqların Misirdəki xəstəxanalara daşınması ilə bağlı əldə olunan razılaşmanı qeyd edib:

“Türkiyənin tibb işçiləri misirli həmkarları ilə birlikdə Qəzzadan olan xəstələri müalicə edəcəklər. İkinci mərhələdə vəziyyəti buna imkan verən xəstələrin təyyarə ilə Türkiyəyə göndərilməsi planlaşdırılır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir