İsrail və HƏMAS arasında radikal Fələstin hərəkatının girovluqda saxladığı 100-ə yaxın mülki şəxsin azad edilməsi ilə bağlı danışıqlar aparılır.
Bu barədə İsrail rəsmiləri məlumat verib.
Onların sözlərinə görə, əsir və girov götürülən 240 nəfərin yarıdan bir qədər az hissəsi mülki şəxslərdir. Əgər tərəflər böyük razılaşma əldə edə bilsələr, o zaman bu girovlar azad olunacaqlar. Mənbələrin verdiyi məlumata görə, müzakirə olunan variantlardan biri budur ki, HƏMAS ilkin olaraq 10-20 mülki vətəndaşı azad edəcək.
“Daha sonra İsrail bütün şərtləri yerinə yetirərsə, daha 100 girov azad ediləcək”, – deyə İsrail rəsmisi qeyd edib.
Bunun müqabilində HƏMAS döyüşlərdə qısa fasilə, böyük həcmdə humanitar yardım, xəstəxanalar üçün yanacaq və İsrail həbsxanalarından qadın və uşaqların azad edilməsini istəyir.
Danışıqlarda vasitəçi kimi Qətər çıxış edir, həmçinin ABŞ-nin yüksək rütbəli rəsmiləri də danışıqlarda iştirak edirlər.
Mənbə: TASS
www.102info.az