Konor Makqreqorun uzun müddətdən sonra UFC-də döyüşə çıxacağı vaxt açıqlanıb

Dünya


Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor 2024-cü ilin yayında oktaqona çıxa biləcək.

Bu barədə UFC-nin prezidenti Deyna Uayt “Adam’s Apple” nəşrinə müsahibəsində bildirib.

O, dünən 35 yaşlı irlandiyalı idmançı ilə danışdığını söyləyib:

“Konor hazırdır və döyüşmək istəyir. Lakin hələlik 6 ay gözləməli olacaq. Onu 2024-cü ilin yayında yenidən döyüşlərdə görə bilərik”.

Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildə ABŞ-dən olan Dastin Porye ilə görüşdə ciddi zədə alıb.

Mənbə: Fighttime.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir