Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayev Almatıdakı xəstəxanada dünyasını dəyişib.
Bu barədə tibb müəssisəsindəki mənbə məlumat verib.
“Bolat Nazarbayev vəfat etdi, səhər onu bütün cihazlardan ayırdılar”, – deyə mənbə bildirib.
Almatı Mərkəzi Klinik Xəstəxanası Bolat Nazarbayevin ölüm xəbərini təsdiqləyib.
“13 noyabr 2023-cü il saat 09:51-də Bolat Nazarbayev uzun sürən xəstəlikdən sonra vəfat edib”, – deyə xəstəxananın Mətbuat Xidmətindən jurnalistlərə məlumat verilib.
Bolat Nazarbayev noyabrın 4-də təkrar infarkt keçirməsi səbəbilə Almatı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.
Qeyd edək ki, 70 yaşlı Bolat Nazarbayev Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin kiçik qardaşıdır. 1990-cı illərdən bizneslə məşğul olan Bolat Nazarbayev, həmçinin, “Salikalı Urpak” ictimai xeyriyyə fondunun təsisçisi olub.

Mənbə: İnterfaks.ru
www.102info.az