“Rusiya NATO ilə uzunmüddətli münaqişəyə hazırlaşır”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb.
Bildirilib ki, Rusiya bunu Ukraynadakı müharibə ilə paralel edir:
“Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov bunu açıq-aşkar bildiriblər. Rusiya Ukraynanın işğal olunmuş ərazilərində yeni hərbi birləşmələr yaradıb”.
Qeyd olunub ki, Rusiya NATO-ya qarşı yeni hərbi dairələr yaradır:
“Rusiya Müdafiə Nazirliyi Ukraynadakı itkiləri qismən yeni birləşmələr yaratmaqla əvəz edir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir.
www.RIA24.az