Binalara istiliyin verilmə tarixində dəyişiklik olacaq? – AÇIQLAMA + FOTO

Cəmiyyət


Mövsüm ilə əlaqədar Azərbaycanda havalar dəyişkən keçir. Hər il ölkə ərazisində noyabrın 15-də binalara istilik verilir. Lakin son günlər havalar bir o qədər də soyuq keçmədiyindən sakinlər istilik verilişinin tarixində dəyişiklik ola biləcəyindən narahatdırlar.

Mövcud dəyişkən hava şəraiti ölkə üzrə binalara istiliyin verilmə tarixinə təsir edə bilərmi?

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Elvin Basqallı Oxu.Az-a açıqlama verib.

O bildirib ki, mövcud dəyişkən hava şəraiti ölkə üzrə binalara istiliyin verilmə tarixinə təsir etməyəcək, istilik təchizatının verilməsi ilə bağlı hər hansı dəyişiklik gözlənilmir:

“Hər zaman olduğu kimi, qaydalara müvafiq olaraq, noyabrın 15-də bütün ölkə üzrə payız-qış mövsümü başlayır. Ölkə üzrə təqribən 184 min mənzil mərkəzləşdirilmiş qaydada istiliklə təmin ediləcək. Artıq noyabrın 1-dən respublikanın 9 dağlıq şəhər və rayonunda, o cümlədən Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən, Şabran və Şuşada istiliyin verilməsinə başlanılıb.

Mövsüm sonunadək ölkə üzrə 561 qazanxana və 88 istilik məntəqəsi fəaliyyət göstərəcək. Ümumilikdə, respublika üzrə 3 870 yaşayış binası, 151 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Bununla yanaşı 2500-ə yaxın digər obyektlər, o cümlədən Bakıda 175 məktəb, 127 uşaq bağçası, bölgələrdə 110 məktəb, 34 uşaq bağçası fəaliyyət göstərir ki, onlar da mərkəzləşdirilmiş istiliklə təmin ediləcək”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir