Laçın sakini: “Bu günləri görmək üçün çox qurbanlar vermişik”

Müharibə


“Qarabağımız bizim şah əsərimizdir, əsərimizin bütün görünən və görünməyən qəhrəmanlarına borcluyuq, onlara öz minnətdarlığımızı bildiririk”.

Bunu Oxu Az-a açıqlamasında keçmiş məcburi köçkün Güladə Tağıyeva bildirib.

O qeyd edib ki, bu gün onlar üçün xüsusi əlamətdardır:

“Bu gün çox sevincliyik. Bunu sözlə ifadə etmək çətindir. Bu günləri görmək üçün çox qurbanlar vermişik. Bu sevinci bizə yaşadanların qarşısında baş əyirik. Qəhrəmanlarımıza, Ali Baş Komandanımıza, birinci vitse-prezidentimizə, şəhidlərimizə, qazilərimizə minnətdarıq”.

Xatırladaq ki, bu gün Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksindən daha 10 ailə – 40 nəfər Laçın şəhərinə yola salınıb.

Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 315 ailənin – 1 205 nəfərin köçü təmin edilib.

Aytac Qasımova

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir