Türkiyəli məşhur aktyor Ercan Kesal 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.
Oxu.Az xəbər verir ki, Ercan Kesal Yunus sərgidə Əmrə İnstitutunun stendində kitablarını imzalayıb, oxucuları ilə müzakirələr aparıb. Aktyor, həmçinin, “Cibimdəki çörək qırıntıları” adlı mövzuda çıxış edib.
Bununla yanaşı, Ercan Kesal keçmiş həkim kimi Tibb Universitetində “Həkimlik sənəti” mövzusunda tələbələrlə görüşəcək, təcrübə və hekayələrini bölüşəcək.
Qeyd edək ki, Ercan Kesal aktyor olmaqla yanaşı, ssenari müəllifi və yazıçıdır. O, “Çukur” serialında “İdris Koçovalı” obrazı ilə daha çox məşhurlaşıb. “Peri Gazozu”, “Velhasıl”, “Hekimlik Sanatları”, “Evvel zaman”, “Cin aynası” və s. kitabların müəllifidir.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilir. Sərgi noyabrın 11-də açılıb və 15-nə qədər davam edəcək.
Daha çox foto burada: PhotoStock.az
www.102info.az