Türkiyənin Aralıq dənizinin Yumurtalık limanında Liberiya bayrağı altında üzən yük gəmisində kokain aşkar edilib.
“Adana əyalətinin Yumurtalık limanında keçirilən əməliyyat zamanı Liberiya bayrağı altında üzən “Berge Tore” yük gəmisində iki plastik qabda 45 bağlamada 51 kiloqram 750 qram kokain ələ keçirilib. Kokain yük bölməsində lövbər zəncirlərinə bağlanmış çantalarda tapılıb”, – deyə Türkiyənin daxili işlər naziri Əli Erlikaya bildirib.
Qeyd edək ki, narkotik qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində dindirilmək üçün gəminin kapitanı, köməkçiləri və gəmi heyətinin üzvləri də daxil olmaqla 26 nəfər saxlanılıb.
Mənbə: Yeni Şafak
www.102info.az