Ağdamda əkin sahəsində qəbir aşkarlanıb.
APA xəbər verir ki, rayonun Mirəşelli kəndində, kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən böyük daş parçası çıxıb və sahədə məzar olduğu üzə çıxıb.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əliyev açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanları əraziyə baxış keçirib. Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid antik qəbirdir. Qəbrin uzunluğu 1,90 metr, eni 0,60 metrdir.








www.102info.az