Sabah Sumqayıtın bir neçə məhəllə və mikrorayonunda qazın verilişində fasilələr yaranacaq.
Bu barədə Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.
Məlumata görə, 2-ci kəmərin bağlanması ilə əlaqədar Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən “Akasiya Park” MMC-ə məxsus yaşayış binalarının qaz kəmərinin mənbəyə qoşulması ilə bağlı Sumqayıt şəhəri 3, 41, 41 A, 47, 76-cı məhəllələr, 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Saat 12:00-dan etibarən işlər yekunlaşana qədər abonentlərə verilən qaz təchizatı dayandırılacaq.
16:34
Sabah Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, “Ələt-Astara” avtomobil yolunun “Yenikənd-Biləsuvar” hissəsinin genişləndirilməsi məqsədilə tikinti sahəsinə düşən SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Neftçala qaz kəməri qolu”nun 20-ci kilometrliyində yerləşən yol keçidi hissəsinin yenidən qurulması ilə bağlı yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədar 15.11.2023-cü il tarixində saat 08:00-dan təmir işləri başa çatanadək “Neftçala” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Məlumata görə, təmir işləri aparılan müddətdə Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
www.102info.az