“Laçından, Zabux kəndindən 10 nəfərlə çıxmışdıq, amma bu gün üç nəfərlə qayıdırıq”.
Bu sözləri Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün, Zabux kənd sakini Zərifə Süleyman qızı Alıyeva deyib.
O bildirib ki, doğmalarının ən böyük arzusu Zabuxa qayıtmaq olsa da, bu günü görmək onlara qismət olmayıb:
“Qayınanamın, qayınatamın ən böyük arzusu Laçını, Zabuxu görmək olsa da, ömür vəfa etmədi. Bu gün üç nəfərlə doğma yurdumuza qayıdırıq. Sevincimizi sözlə ifadə edə bilmirik. Bizə bu sevinci, xoşbəxtliyi bəxş edən Ali Baş Komandanımız İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya, müzəffər Ordumuza minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün Laçın rayonunun Zabux kəndinə Bakının Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış massivindən 25 ailə (94 nəfər) yola salınıb. Bunadək Zabuxa 21 ailə (94 nəfər) köçürülüb.
Aytac Qasımova
www.102info.az