Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 15-də respublikanın ayrı-ayrı rayonlarında beş ədəd müxtəlif markalı ov tüfəngi polisə təhvil verilib.
Keçirilən əməliyyat tədbirləri ilə səkkiz ov tüfəngi isə aşkar edilərək götürülüb.
www.102info.az