“Bu gün biz şanlı Azərbaycan bayrağının bütün Qarabağda dalğalanmasını görməkdən çox məmnunuq”.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler parlamentdə çıxışı zamanı bəyan edib.
O, artıq Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni imkanlar açıldığını deyib və İrəvanın bu məsələ ilə bağlı düzgün addımlar atacağına ümidini ifadə edib.
“Nəticə etibarilə bu günə qədər olduğu kimi yenə də “iki dövlət, bir millət” anlayışı ilə Azərbaycanın yanında olmağa davam edəcəyik”, – deyə nazir sözlərini yekunlaşdırıb.
Mənbə: Haber Global
www.RIA24.az