Bayden yenə qəribəlikləri ilə gündəmdə: İndoneziya prezidentini qorxutdu, çıxışı ilə hər kəsi güldürdü – VİDEO

Maraqlı


ABŞ Prezidenti Co Baydenin qəribə hərəkətləri ilə yenə gündəm olmağı bacarıb.

Budəfəki hadisələr Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində baş verib.

Belə ki, o, xatirə şəkli çəkdirəndən sonra həmişə olduğu kimi yenə boşluqla salamlaşmaq istəyib, bununla da İndoneziya Prezidenti Coko Vidodonu qorxudub.

Daha bir maraqlı hadisə isə onun tədbirdə çıxışı zamanı baş verib. Belə ki, iqtisadiyyatda innovasiyalara və texniki şirkətlərin rəhbərliyinə həsr olunan çıxışı zamanı ABŞ prezidenti telesuflyordan sözü oxuya bilməyib. O, mürəkkəb iqtisadi termini tələffüz etməyə çalışsa da, ilk hecada səhv edib. Bundan sonra zaldakılar gülməyə başlayıblar.

“Mən bunu düzgün tələffüz edə bilməyəcəyəm. Heç cəhd də etməyəcəyəm”, – deyə o etiraf etməli olub.

Buna baxmayaraq, dövlət başçısı ona problem yaradan termini başqa ifadələrlə əvəz etmək qərarına gəlib.

Qeyd edək ki, forum noyabrın 15-dən 17-dək ABŞ-nin San-Fransisko şəhərində keçirilir.

Mənbə: “PUL 3” “Telegram” kanalı

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir