Fransada qalmaqal: 66 yaşlı senator qadın deputata narkotik maddə verərək təcavüz etmək istədi

Dünya


Fransa paytaxtı Parisdə 66 yaşlı senator Joel Qerrio həbs edilib.

Senator parlamentin qadın üzvünə narkotik maddə verərək ona təcavüz etmək cəhdində ittiham olunur.

Fransa prokurorluğu Joel Qerrionun şübhəli şəxs qismində həbsi ilə bağlı məlumatı təsdiqləyib.

Bildirilib ki, o, qadının öz hərəkətləri üzərində nəzarəti itirməsinə nail olmaq üçün ona narkotik maddə qatılmış içki verib ki, daha sonra təcavüz edə bilsin.

Zərərçəkmiş qadın bildirib ki, hər hansı romantik münasibətinin olmadığı senator onu evinə dəvət edərək içkiyə qonaq edib. Gecəyarısı içkini içdikdən sonra qadın özünü pis hiss edib və dərhal xəstəxanaya müraciət edib. Təhlillər qadının qanında “ekstazi” narkotik maddəsinin izlərini aşkar edib.

Senator həbs edilib və nəzarətə götürülüb. Onun iş otağında və evində aparılan axtarış zamanı “ekstazi” narkotik maddəsi tapılıb.

Senatorun təqsirli olduğu sübut olunarsa, onu 5 ilə qədər həbs cəzası və 75 min avro məbləğində cərimə gözləyir.

66 yaşlı bankir 2011-ci ildən Fransa Senatının üzvü olub. Hazırda Senatın katibi və Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsinin sədr müavini vəzifələrində çalışır.

Mənbə: “Le Monde”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir