Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında ƏSASNAMƏyə əsasən, qurumun 11 fəaliyyət istiqaməti olacaq.
“Report” xəbər verir ki, bunlar aşağıdakılardır:
– müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;
– müvafiq sahədə dövlət tənzimləməsini və əlaqələndirməni həyata keçirmək;
– müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;
– müvafiq sahənin inkişafını təmin etmək;
– Azərbaycan Respublikasının ərazisində su təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görmək;
– tabeliyindəki qurumların balansında olan su təsərrüfatı obyektlərinin təhlükəsiz istismarının və etibarlı mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək və onların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək;
– Azərbaycan Respublikasının ərazisində yerüstü və yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparmaq;
– su obyektlərinin mühafizəsi və onlardan istifadə üzərində dövlət nəzarətini həyata keçirmək;
– torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədilə meliorasiya sahəsində xidmətləri inkişaf etdirmək, eləcə də suvarılan torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirmək;
– su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirləri müəyyənləşdirmək və onların həyata keçirilməsini təşkil etmək;
– su ehtiyatlarının inteqrasiyalı idarə olunmasını təmin etmək.
www.102info.az