Avropa çempionatı: Azərbaycanın doqquz cüdoçusu mübarizəyə başlayır

Dünya


Almaniyanın Potsdam şəhərində keçirilən 23 yaşa qədər idmançıların cüdo üzrə Avropa çempionatının birinci günündə Azərbaycanın doqquz cüdoçusu tatamiyə çıxacaq.

AZƏRTAC xəbər verir ki, ilk olaraq qızlar və oğlanlar arasında 7 çəki dərəcəsində doqquz idmançı mübarizəyə başlayacaq.

Qadınlar arasında Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Aytac Qardaşxanlı (63 kiloqram) medal qazanmağa çalışacaqlar.

Oğlanların mübarizəsində isə Məhəmməd Musayev (60 kiloqram), Aydın Rzayev və Qasım Vəlizadə (hər ikisi 66 kiloqram), Qadir Hüseynov və Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram) güclərini sınayacaqlar.

Qeyd edək ki, millimiz noyabrın 19-da yekunlaşacaq turnirdə 14 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir