“Real Madrid” futbol klubunun oyunçusu Eduardo Kamavinqa zədə alıb.
Məlumata görə, fransız oyunçunun dizinin yan bağı yırtılıb. Onun nə zaman bərpa olunacağı bilinmir.
Komandanın məşqçisi Karlo Ançelotti artıq “zədə epidemiyasından” dəhşətə gəldiyini qeyd edib.
Xatırladaq ki, buna qədər oyunçular Tibo Kurtua, Kepa Arissabalaqa, Eder Militao, Orelyen Tuçameni, Cud Bellingem, Arda Gülər də zədə alıblar.
Mənbə: RİA novosti
www.102info.az