Masallı sakinində odlu silah və narkotik aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran qrupu məlumat yayıb.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayonun Boradigah qəsəbə sakini Zaur Rufullayev saxlanılıb.
Keçirilən baxış zamanı onun yaşadığı evdən bir ədəd yivli odlu silah olan “TOZ-8” markalı tüfəng, üzərindən isə həmin silaha aid patron və heroin aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
www.102info.az