“Hazırda pilotsuz döyüş təyyarələri bizim ən güclü yerimizdir. Üstəlik, dəniz qüvvələrimiz də güclüdür. Allaha şükür, quruda çox yaxşı işlər görürük. Hazırda biz NATO ölkələri arasında Quru Qoşunlarının sayına görə beşinci yerdəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdanda jurnalistlərə müsahibəsində deyib.
R.T.Ərdoğan xüsusi olaraq vurğulayıb ki, Türkiyə öz ordusunu gücləndirməkdə güzəştə getməyəcək və regionda baş verənləri nəzərə alaraq daim güclü olmalıdır.
“Coğrafiyamızda baş verən hadisələri yaxından izləyirsiniz, biz bu bölgədə güclü olmalıyıq. Osmanlı İmperiyasının son dövrlərini xatırlayın. O süquta uğrayandan sonra bütün cəbhələrdən hücumlar artdı. Biz tariximizdən ibrət dərsi almışıq və almağa da davam edirik. Türkiyə güclü duruşu ilə varlığını davam etdirə bilməsi üçün ilk növbədə çəkindirici gücə sahib olmalıdır. Bunun üçün hər sahədə inkişaf vacibdir.
Biz təkcə silah deyil, həm də texnologiya istehsal etməliyik. Dostlarımızı incitməmək, düşmənlərimizi sevindirməmək üçün çox çalışıb uğur qazanmalıyıq. Çünki böyük və güclü Türkiyə dünya sülhün təminatçısısır. Biz bunu dəfələrlə sübut etmişik və eyni istiqamətdə irəliləməkdə davam edirik. Buna heç kim şübhə etməməlidir” – deyə Türkiyə lideri vurğulayıb.
Mənbə: Anadolu
www.102info.az