Rusiya Prezidenti Vladimir Putinin bu həftə iyirmilik qrupunun (G20) virtual sammitində və BRİKS liderlərinin telekonfransında iştirak edəcəyi gözlənilir.
Bu barədə “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” verilişində məlumat verilib.
Bununla yanaşı, Rusiya Prezidenti gələn həftə Moskvada Tacikistan lideri Emoməli Rəhmonla görüşəcək.
Noyabrın 23-də isə Minskdə Putinin şəxsən iştirak edəcəyi KTMT liderlərinin sammiti planlaşdırılır.
Qeyd edək ki, Kremlin rəhbəri uzun müddətdir ki, Qərb liderlərilə eyni tədbirlərdə iştirak etmir.
Mənbə: TASS
www.102info.az