Zaqatalada qızılcaya yoluxanların vəziyyətləri AÇIQLANDI

Cəmiyyət


Hazırda Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qızılcaya yoluxmuş 8 nəfərin stasionar müalicəsi davam etdirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, həmin şəxslərdən 7-si böyük, biri uşaqdır:

“Hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir”.

Xatırladaq ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub. Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir