Türkiyədə aeroportda qəribə hadisə təyyarələrin gecikməsinə səbəb olub. Hadisə paytaxtda baş verib. Belə ki, Ankaradan Batmana gedən sərnişinlər onları təyyarəyə aparan nəqliyyat vasitəsinin səhvinə görə Amsterdama gedən təyyarəyə miniblər.
Səhv artıq təyyarənin göyərtəsində məlum olub. Belə ki, sərnişinlərdən biri Batmana getdiyini, digəri isə Amsterdama getdiyini deyib və göyərtədə çaşqınlıq yaranıb.
Sərnişinlərdən biri lentə aldığı həmin anları sosial media hesabında paylaşıb.
“Hazırda Ankara-Amsterdam reysindəyik. Avtobusla təyyarənin qarşısına gəldik. Uşaq arabasını vermək istəyəndə sərnişinlərdən biri bu “Batman təyyarəsi deyil?” deyə soruşdu. Biz də “qardaşım, nə Batman, bu Amsterdama gedir” dedik. O da Amsterdama deyil, Batmana getdiyini dedi. Hazırda təyyarənin içərisində Batman Amsterdam sərnişinləri tamamilə çaşqın vəziyyətdədirlər. Bütün Batman sərnişinlərini bir-bir çağırırlar. Bu bizim də başımıza gəldi”, – deyə sərnişin olanları danışıb.
Bildirilir ki, qarışıqlığı görən kabin heyəti anonsla xəbərdarlıq edib və Batmana səyahət edən sərnişinlərin dərhal məlumat verməsini istəyib.
Elanı eşidən digər sərnişinlər şoka düşüblər. Nəhayət Batmana gedən sərnişinlər endirilib və təyyarə gecikmə ilə Amsterdama doğru yola düşüb.
Mənbə: İnternethaber.com
www.RIA24.az