Messinin dünya çempionatında geyindiyi formalar hərraca çıxarılır: Qiymətlər məlum oldu

Dünya


Argentina millisinin ulduz futbolçusu Lionel Messinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında geyindiyi formalar Nyu-York auksionunda hərraca çıxarılacaq.

Mənbə yazır ki, əldə olunan gəlirin bir hissəsi xeyriyyə işlərinə sərf olunacaq.

Ümumilikdə auksiona L.Messinın altı forması çıxarılacaq.

Söhbət hücumçunun Fransa ilə final oyununun birinci hissəsində geyindiyi formadan, həmçinin Xorvatiya ilə yarımfinal, Hollandiya ilə 1/4, Avstraliya ilə 1/8 və qrup mərhələsinin üç oyunundan ikisində geyindiyi formalardan gedir.

Formaların ən azı 10 milyon dollar dəyərində olacağı bildirilir.

Təkcə finalda geyindiyi forma isə 8 milyon funt sterlinq dəyərində qiymətləndirilir.

Mənbə: Mail Online

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir