İsveçin “Yurqorden” futbol komandasının üzvləri özlərini hokkey oyununda sınayıblar.
“Yurqorden” klubunda oynayan Azərbaycan millisinin üzvü Musa Qurbanlı komandanın heyətində hokkey matçına çıxıb.
Bu barədə futbolçu öz “Instagram” səhifəsində paylaşım edib.
Matçda “Yurqorden”in futbolçu və məşqçi heyəti qarşılaşıb.
Xatırladaq ki, İsveçdə 2023-cü il daxili çempionata yekun vurulub və “Yurqorden” 4-cü yeri tutub. İsveçdə “Yurqorden”in hokkey komandası da fəaliyyət göstərir.
www.102info.az