“Fransa Qvadelupaya xeyli maddi ziyan vurub”.
“Report” xəbər verir ki, bunu “Qvadelupa Milli Alyansı” siyasi hərəkatının nümayəndəsi Lorans Makiaba noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, qvadelupalıların maddi vəziyyəti yaxşılaşdırılmalıdır:
“Yerli sakinlərin sosial hüquqları da təmin edilməlidir. Səhiyyə məsələlərində qadınlar kişilərlə bərabər hüquqlara malik olmalıdırlar”.
L.Makiaba həmçinin ölkənin iqtisadi inkişafının təmin edilməsinin vacibliyini vurğulayıb:
“Biz qadınlar və kişilər üçün bərabər əməkhaqqı tələb edirik. Bundan əlavə, insanlar mümkün istehsalat xəsarətlərindən qorunmalıdır”.
www.102info.az