Ermənistanın müdafiə naziri KTMT-nin Minskdə keçiriləcək iclasında iştirak etməyəcək

Dünya


Ermənistanın müdafiə naziri KTMT-nin Müdafiə Nazirlikləri Rəhbərləri Şurasının növbəti iclasında iştirak etməyəcək.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

Torosyanın sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan KTMT-nin Müdafiə Nazirləri Şurasının noyabrın 22-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.

Mənbə: gazeta.ru

www.102info.az