“Vətəndaşlara müxtəlif cinayət işlərinin iştirakçısı olmaqları haqqında göndərilən və ödəniş tələb olunan SMS-lərin, elektron poçt məlumatlarının və veb-səhifələrdə çıxan bildirişlərin dələduzluq əməli olduğunu bildiririk”.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyindən vətəndaşlara göndərilən xəbərdarlıq mesajında bildirilib.
Vətəndaşlara bu cür hallarla rastlaşdıqda linklərə daxil olmamaq, saxta veb-səhifələrdə ödəniş etməmək tövsiyə edilib.
www.102info.az