Hazırda Azərbaycanda həkimlər arasında aylıq maksimum 24 500 manat əməkhaqqı (vahid cədvəl tarifi+aylıq sabit əlavə+bonus) alan həkim-ümumi cərrah, 12 700 manat alan həkim-oftalmoloq, 8 900 manat alan həkim-mama ginekoloq, 6 750 manat alan həkim radioloq var.
“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maliyyə departamentinin əməkdaşı Səməd Səmədov deyib.
O bildirib ki, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində isə (sabit əlavə və bonus) 5 dəfədən 50 dəfəyədək artım olub.
www.102info.az