“Bişkekdə türk dövlətlərinin diaspor qurumları rəhbərlərinin beşinci toplantısı çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) diaspor institutları və türk diasporları arasında koordinasiyanın gücləndirilməsi məsələsi müzakirə olundu”.
Bunu TDT-nin baş katibi Kubanıçbek Omurəliyev “X” hesabında yazıb.
Onun sözlərinə görə, türk dövlətlərinin diaspor institutları rəhbərlərinin Bişkek toplantısı məhsuldar keçib.
“2023 Diaspor Birgə Fəaliyyət Planı” ilə irəliləyişlərin əldə edilməsi və Türk Diaspor Forumu kimi layihələrin həyata keçirilməsini müzakirə etdik”, – deyə o bildirib.
Assembled our Ministers/Heads of Diaspora Institutions Meeting in Bishkek. Productive talks focused on elevating coordination among OTS Diaspora Institutions&Turkic Diasporas, making strides with ‘2023 Diaspora Joint Action Plan’ & launching projects like Turkic Diaspora Forum pic.twitter.com/iteEPnWcNi
— Ambassador Kubanychbek OMURALIEV (@KubanOmurali) November 22, 2023
www.RIA24.az