Fransa Azərbaycanın 15 ermənini azad etməsini alqışlayır

Siyasət

Fransa Azərbaycanın saxlanılan 15 ermənini azad etməsini, Ermənistan tərəfindən Füzuli və Zəngilan rayonlarının mina xəritələrini təhvil verməsini alqışlayır.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin bəyanatında qeyd olunub.

Səfirlikdən bildirilib ki, sözügedən proses bölgədə gərginliyi azaltmaq üçün yeni vacib jestdir və tərəflər arasında etimadın bərpasına xidmət edir.

“ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Fransa öz tərəfdaşları ilə birlikdə bu müsbət dinamikanın davam etdirilməsinə çağırış edir və tərəflərlə birlikdə Cənubi Qafqazda davamlı sülh quruculuğu işinə sadiq qalır”, – deyə səfirlikdən bildirilir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir