Britaniyanın biotexnologiya və gen mühəndisliyi şirkəti “Colossal Biosciences” 2028-ci ilə qədər tüklü mamontları çoxaltmaq niyyətində olduğunu açıqlayıb.
Şirkətin planlarına görə, 4 min il əvvəl nəsli kəsilmiş mamontun balası beş ildən sonra dünyaya gəlməlidir.
Mütəxəssislər tapılan nümunələrdən mamont genomunu rekonstruksiya etmək və müasir Asiya fillərinin DNT-sindən istifadə etməklə boşluqları doldurmaq niyyətindədirlər. Bu heyvanların genomları 99,6% eynidir.
Embrionların surroqat dişi fillərə implantasiya edilməsi planlaşdırılır.
Şirkət, həmçinin dövlətlər arasında öz ərazilərində mamontların buraxılmasına imkan verəcək tərəfdaşlar tapmalıdır. Populyasiya tundrada yaşayacaq. “Colossal Biosciences”dən iddia olunur ki, tüklü mamontların qidalanma davranışı bu torpaqlara müsbət təsir edəcək. Ehtimallara görə, bu, atmosferdəki karbonun miqdarına yaxşı təsir edəcək və əbədi donun qorunmasına töhfə verəcək.
“Colossal Biosciences”, həmçinin dodo quşunu və tasmaniya canavarını “geri qaytarmaq” istəyir.
Tədqiqatda iştirak edən ekspertlər qeyd edirlər ki, onların layihəsi nəsli kəsilməkdə olan növlərin qorunmasında faydalı ola bilər.
Mənbə: Life.uaportal.com
www.RIA24.az