Sahil Babayev gənclər arasında işsizlik faizini AÇIQLADI

Cəmiyyət


İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik səviyyəsi son 12 ildə yaxşılaşmayıb, nisbətən pisləşib.

“Trend” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının Nazirlər Sessiyasında çıxışında deyib.

“Hələ də işsizliklə bağlı çağırışlarımız gündəmdədir. Bu gün bizim ölkələrdə əhalinin orta artım tempi artıqdır. Gənc əhalinin sayı çoxdur. Xüsusilə gənclər arasında işsizlik 15,8 faizdir. Bu da qarşıdakı dövrlərdə qarşımızda olan növbəti çağırışlardan biridir”,- deyə nazir bildirib.

O, həmçinin əlavə edib ki, İƏT dövlətləri arasında əməkdaşlığı artırmaqla ölkələrimizdə inkişafa töhfə verə bilərik.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir