Azərbaycan kikboksçusu 28-ci dəfə dünya çempionu olub

Dünya


Azərbaycan idmançısı Eduard Məmmədov Portuqaliyanın Albufeyra şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatının qalibi olub.

Oxu.Az xəbər verir ki, təmsilçimiz 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

E.Məmmədov “Light Contact” və “Kick Light” versiyaları üzrə altı döyüş keçirib. Portuqalya, Britaniya, Qırğızıstan, Macarıstan, Hindistan, finalda isə Slovakiya idmançılarına qalib gələn həmyerlimiz karyerası ərzində 28-ci dəfə dünya çempionu olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir