Ekologiyaya zərər verənlər cəzalandırıldılar – FOTO/VİDEO

Cəmiyyət


Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı şəhər ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib. 

Həmçinin, şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlər nəticəsində oduncağın tədarük edilib daşınması qaydasını pozan şəxs müəyyən edilib. Onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 252-ci (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) maddəsi ilə protokol tərtib olunub.

Hacıqabul Rayon Polis Şöbəsinin və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayonun Talış kəndi ərazisində məişət tullantıların qalaqlanması faktı aşkar edilib. 

Aşkar edilmiş faktla bağlı qeyd olunan  qayda pozuntusuna yol verən kənd bələdiyyəsinin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub. 

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən dəri emalı sexinin çirkab sularının “Daşagil” gölünə axıdılması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi və ETSN-nin 4 saylı Regional İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirib. 

Nəticədə həmin ünvanda sanitariya-gigiyena qaydalarının pozulması faktı aşkar edilib.
Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir